Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmsal Texnologiyaların inkişafı müzakirə edildi


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Rəqəmsal Texnologiyalar üzrə layihə meneceri Sarmad Nafi Azərbaycan Qızıl Aypara Cəmiyyətinə səfər edib.

Səfərin məqsədi, cəmiyyətin istifadə etdiyi kompüter avadanlıqları və kommunikasiya sisteminin qiymətləndirilməsi, mövcud problemlərin birgə araşdırılması və nəticə olaraq müvafiq layihənin hazırlanıb donorlara təqdim edilməsindən ibarətdir.

Bu barədə Qızıl Aypara Cəmiyyətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, səfərin ilk günü Sarmad Nafi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla görüşərək sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüş zamanı, eləcə də, cəmiyyətin kompüter texnologiyaları sahəsindəki mövcud vəziyyət və ümumi strateji istiqamətlər müzakirə edilib.

Seymur




18/04/13    Çap et