Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda pensiya təyinatı iyulun 1-dən elektron sistemə keçəcək
Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda pensiya təyinatı elektron sistemə keçəcək. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
DSMF sədri bildirib ki, bununla əlaqədar proqram təminatı yekunlaşdırılıb. Elektron sistemə keçmək üçün çağrı mərkəzinin formalaşdırıldığını qeyd edən S.Müslümovun sözlərinə görə, sözügedən sistemə daxil olmaq üçün vətəndaşlar da aktivlik göstərməlidirlər: "Elektron sistemə keçid üçün vətəndaşlar əmək kitabçaları barədə məlumatları yerli şöbələrdə təsdiq etdirməlidirlər. Hazırda 2006-cı il yanvarın 1-dək olan dövr üçün əmək stajları barədə məlumatlar sistemləşdirilir. Bununla əlaqədar fərdi uçot sistemində sosial sığortası olan 2 milyon 435 min nəfərin 28 faizi barədə məlumatlar sistemə daxil edilib".
SEYMUR
18/04/13 Çap et