Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması ilə işləyən smartfonları göz vasitəsilə idarə etmək mümkün olacaq
Danimarkanın "The Eye Tribe" şirkəti smartfonu göz vasitəsilə idarə etməyə imkan verən texnologiya təqdim edib. Tərtibatçılar "Android" mobil əməliyyat sistemi üçün alətləri (SDK) 2013-cü ilin iyununda əldə edə bilərlər.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçi gözləri vasitəsilə öz smartfon və planşetində səhifələri vərəqləyə, istinadlara sıxa, oyunlar oynaya və sair kimi hərəkətlər edə bilər. Texnologiya istifadəçinin göz bəbəyinə infraqırmızı şüa proyeksiya edən şüadan istifadəni nəzərdə tutur. Sözügedən texnologiya müəlliflərinin sözlərinə görə, dəqiqlik ondan ibarətdir ki, sistem istifadəçinin baxışının hara və hansı sürətlə düşməsini hesablaya bilir.
Xatırladaq ki, "The Eye Tribe" şirkəti texnologiyanın ilk versiyasını hələ 2011-ci ilin dekabrında təqdim etmişdi, bundan sonra adıçəkilən həlli müxtəlif sərgilərdə nümayiş etdirib. "The Eye Tribe" şirkətinin nümayəndələri texnologiyanın iş prosesini "Windows 8" əməliyyat sistemi ilə işləyən qurğularda nümayiş etdiriblər.
Emil Hüseynov
18/04/13 Çap et