Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hazırda ölkədə hər 100 nəfərə 70 internet istifadəçisi düşür
2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin icrasına başlanılması olacaq.
Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Qeyd edək ki, Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2013" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir.
Hesabata əsasən, internet istifadəçilərinin sayına görə isə respublikamız MDB ölkələri arasında birinci yerdədir.
HƏQİQƏT
18/04/13 Çap et