Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DRİ UYT diapazonunda tezliklərin koordinasiyası mövzusunda Cenevrədə keçiriləcək iclasda təmsil olunacaq


18-19 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan və Ermənistan arasında Ultra Yüksək Tezlik (UYT) diapazonunda tezliklərin koordinasiyası mövzusunda iclas keçiriləcək.

Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, tədbirdə idarənin Beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Şamil Qasımzadə iştirak edəcək. İclasda rəqəmsal yayıma keçidlə bağlı rəqəmsal televiziyanın texniki xarakteristikası, spektr tələblərinə uyğun olan üsulların təyini və digər mövzular müzakirə olunacaq.

CAHANGİR




18/04/13    Çap et