Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İnformasiya Texnologiyaları Universiteti gələcəkdə ixtisas çeşidini artıracaq


Azərbaycanda yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti gələcəkdə təqdim etdiyi ixtisas çeşidini artıracaq.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, yeni universitet beynəlxalq standartlara uyğun olan, müasir menecment və tədris prosesinə malik bir təhsil ocağı olacaq.

"Hazırda biz müəllim heyətini müəyyən edirik və bu prosesdə tədrisi yüksək səviyyədə təmin etmək üçün yüksəksəviyyəli müəllim heyətini formalaşdırmaq niyyətindəyik. Belə ki, universitetdə işləmək üçün yerli müəllimlərlə yanaşı, xarici mütəxəssisləri, xarici şirkətlərdə işləyən ekspertləri və mütəxəssisləri cəlb etmək məsələləri müzakirə olunur", - deyə o bildirib.

E. Vəlizadənin sözlərinə görə, gələcəkdə bu təhsil ocağında ödənişli əsasda tələbə qəbulunun təşkili də istisna olunmur.

Aynur Vəliyeva




18/04/13    Çap et