Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Son illər Qırğızıstanla kommunikasiya, informasiya texnologiyaları sahəsində əlaqələr intensivləşib


Bişkekdə nəşr olunan "Türkel" qəzetində Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ilə müsahibə dərc edilib. Müsahibədə deyilir ki, son bir il yarım ərzində ölkələrimiz arasında əlaqələr invensivləşib.

Bu müddətdə hər iki ölkənin prezidentləri müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüş, ötən il Qırğızıstanın dövlət başçısı Almazbek Atambayev ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşləri çox səmərəli olub.

Səfər zamanı əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində imzalanmış sənədlər əməkdaşlığımızın inkişafına təkan verib. Materialda deyilir ki, son illərdə nazirliklər və digər qurumlar arasında sənaye, ticarət, kommunikasiya, nəqliyyat, elm və texnika, təhsil, statistika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələr qurulub və bu proses davam edir.

Müsahibədə bildirilir ki, 2012-ci ildə Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib, əlaqələrin dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıl;b. İclasda Qırğızıstanda neft emalı zavodunun tikintisinə dair konkret təkliflərin hazırlanması ilə bağlı birgə işçi qrupu yaradılmışdır və bu sahədə danışıqlar davam etdirilir.

Yazıda qeyd olunur ki, bu ilin payızında Bakıda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının ikinci iclası keçiriləcəkdir. İclasda müxtəlif məsələlər müzakirə olunacaqdır. Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun və İnvestisiya Bankının yaradılması qarşıda duran vacib məsələlərdəndir. Müsahibədə oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.




19/04/13    Çap et