Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin patent trendi məlum olub


“Thomson Reuters” media korporasiyasının elm və əqli mülkiyyət məsələləri üzrə bölməsi "İnnovasiyaların vəziyyəti" adlı hesabat dərc edib. Sözügedən hesabatda 2012-ci il üzrə əsas patent tendensiyaları açıqlanır.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə rəsmiləşdirilmiş patent sənədləri daha çox kompüter sahəsinin payına (232 min) düşüb. Telekommunikasiya sahəsi və avtomobil istehsalı müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüb. 2012-ci ildə kompüter sahəsinə aid patent sənədlərinin 75%-i bilavasitə kompüterlərə, digərləri isə kompüter periferiyasına aiddir.

Bu sahədə ən çox patenti (248) Koreyanın “Samsung” şirkəti alıb. Adıçəkilən şirkət yarımkeçirici və telekommunikasiya sahəsində də liderlik edir. Çin patentlərin sayına görə lider olub, ABŞ ikinci, Yaponiya isə üçüncü yerdə qərarlaşıb. “İnnovasiyaların vəziyyəti” illik hesabatı dördüncü dəfə dərc edilir. “Thomson Reuters” sözügedən reytinqi “DWPI” (Derwent World Patents Index) bazasındakı məlumatlar əsasında tərtib edir.

Emil Hüseynov




19/04/13    Çap et