Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” mobil sahəni inkişaf etdirmək üçün böyük səy göstərir
2013-cü ilin birinci rübündə "Google" şirkətinin əməliyyat mənfəəti 1 səhm üçün 11.58 dollar olub. İnternet nəhənginin xalis mənfəəti 3,35 milyard dollar və ya 1 səhm üçün 9,94 dollar təşkil edib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda "Google" mobil sahəni inkişaf etdirmək üçün böyük səy göstərir. Rüblük məlumatların dərc edilməsindən sonra şirkətin səhmləri 4% artaraq 765.91 dollar olub. İlin əvvəlindən etibarən şirkətin səhmləri 8.3% artıb.
Emil Hüseynov
19/04/13 Çap et