Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SHÇDX elektron müraciət xidmətini istifadəyə verib


Artıq vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHÇDX) elektron formada müraciət edə bilərlər. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu məqsədlə adıçəkilən xidmətin rəsmi saytının "Elektron xidmət" bölməsində "Elektron müraciət" yarımbölməsi istifadəyə verilib.

"E-müraciət"imkanından yararlanmaq üçün istifadəçilərin yarımbölməyə daxil olaraq adını, soyadını, atasının adını, cinsini, telefonunu və elektron poçt ünvanını müvafiq xanalara daxil etməsi lazımdır.

Eyni zamanda müraciətin növü, müraciət edən şəxsin sosial statusu, təhsil səviyyəsi, ailə vəziyyəti, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi qeyd edilir. Bundan sonra müraciətin mövzusu və mətni qrafaları doldurulur, həmçinin müraciət formasında göstərilən rəqəmlərin cəmi daxil edilir.

Sonda isə "Göndər" düyməsi sıxılmaqla elektron müraciət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanır.

CAHANGİR




19/04/13    Çap et