Bu ilin martında bütün elektron məktubların 70,1%-ni spam təşkil edib
"Kasperski Laboratoriyası" antivirus şirkətinin saytında dərc edilmiş məlumata əsasən, bu il martın yekununa görə elektron poçtun 70.1%-ni spam təşkil edib. Bununla belə, spam məktublarında zərərli fayl bərkitmələrinin payı xeyli artıb və 4% olub.
"ICTnews.az" elektron xəbər xidməti "securitylaab.ru" saytına istinadən bildirir ki, spamerlər mart ayında öz məktublarına diqqət cəlb etmək üçün ənənəvi olaraq bayram mövzusundan, həmçinin qaynar xəbərlərdən istifadə etməyə çalışıblar.
Bundan başqa, "Kasperski Laboratoriyası" qeyd edir ki, qlobal şəbəkədə yenidən mehmanxana və aviabiletlərin sifarişi haqqında saxta məktubların göndərilməsi halları artıb.
Emil Hüseynov