Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM”-in rüblük nəticələri ümidləri doğrultmayıb


"IBM" korporasiyası 2013-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini dərc edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, adıçəkilən şirkət bu ilin birinci rübündə 23.4 milyard dollar əldə edib.

Bu göstərici ötənilki nəticədən təxminən 5% azdır. Xalis mənfəət 3 milyard dollar və ya 1 səhm üçün 2.7 dollar olub. Müqayisə üçün qeyd edək ki, şirkət 2012-ci ilin birinci rübündə 3.1 milyard dollar və ya 1 səhm üçün 2.61 dollar əldə etmişdi. "IBM" korporasiyasının nəticələri ilə analitiklərin proqnozları üst-üstə düşməyib.

Emil Hüseynov




19/04/13    Çap et