Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QKDK elektron xidmətlərindən istifadə üçün elektron imza lazımdır


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkə vətəndaşlarına 10 istiqamət üzrə 55 xidmət növü üzrə elektron qaydada yararlanmağı təklif edir. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə QKDK-dan məlumat verilib.

Komitədən bildirilir ki, elektron xidmətlərdən istifadə etmək üçün «e-imza»nın olması əsas şərtlərdən biridir. «E-imza» olmadan elektron xidmətlərdən yararlanmaq mümkün deyil.

Çünki elektron qaydada şəxsiyyəti təsdiqləyən sənəd «e-imza»dır: «Komitəyə gəlmədən internet vasitəsilə xidmətlərimizdən istifadə etmək istəyənlər QKDK-nın internet səhifəsindəki ( http://www.scs.gov.az") «Elektron xidmətlər» bölməsinə daxil olmalıdırlar».

QKDK-dan o da bildirilib ki, bu günə qədər emitentlər müraciət etməsələr də, artıq peşəkar bazar iştirakçıları - brokerlər və dilerlər öz hesabatlarını elektron formada təqdim edirlər.

SEYMUR




20/04/13    Çap et