Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avrasiya regionları və şəhərlərinin innovativ-texnoloji inkişaf və əməkdaşlığı müzakirə ediləcək
4-5 iyun 2013-cü il tarixlərində "Avrasiya regionları: innovativ-texnoloji inkişafın və əməkdaşlığın modernləşdirilməsinin strategiya və mexanizmləri" I Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.
AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfransın təşkilatçılarına Avrasiya iqtisadi inteqrasiya, modernləşmə, rəqabətədavamlılıq və sabit inkişaf kompleks problemləri üzrə Rusiya Elmlər Akademiyasının (REA) Elmi Şurası; REA İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu və digər təşkilatlar daxildir.
Konfransın məqsədi Avrasiya regionları və şəhərlərinin innovativ-texnoloji inkişafın və əməkdaşlığın modernləşdirilməsinin strategiya və mexanizmlərinin konstruktiv müzakirəsi, bu sahədə əsas problemlərin həlli üzrə konkret tövsiyələrin hazırlanması və təqdim edilməsidir.
HƏQİQƏT
22/04/13 Çap et