Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlardakı kəndlər də genişzolaqlı internet şəbəkəsinə qoşulur


“Aztelekom.net” internet provayderi genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4-cü ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə” kimi kampaniyalara start verilib.

“Aztelekom”İB-nin marketinq şöbəsindən bildirilib ki, belə kampaniyalar diqqəti daha çox cəlb edir və hazırda regionlardakı kəndlər də genişzolaqlı internet şəbəkəsinə qoşulub.

Genişzolaqlı xidmətlərin tətbiqinin genişləndirilməsi, abunəçilərin xidmətə daha asan qoşulmalarının təmin edilməsi üçün birliyin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq Satış Departamenti yaradılmış, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlayıb.

RƏVAN




22/04/13    Çap et