Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” məlumat axını ilə bacarmır?!


"Facebook" şirkəti Ayova ştatının Altun şəhərində məlumatların saxlanması və işlənməsi üçün mərkəzin tikintisinə 1,5 milyard dollar xərcləyəcək.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sözügedən şəbəkənin rəhbərliyinin fikrinə əsasən, mərkəzin sahəsi 130 min kvadrat metr olacaq. KİV-in məlumatına əsasən, layihənin özəlliyi ondan ibarət olacaq ki, mərkəz yalnız bərpa olunan enerji mənbələrindən istifadə edəcək.

Məlumatların emalı üçün yeni mərkəzin tikintisi iki mərhələdə həyata keçiriləcək.

Emil Hüseynov




22/04/13    Çap et