Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«İKT inqilabı: böyük dəyişikliklərlə dolu dünyadayıq»
Bakıda növbəti "Krans Montana Forumu" keçiriləcək. Bu haqda Forumun saytında məlumat yerləşdirilib.Forumda 600-dək hökumət və iş adamlarından ibarət nümayəndənin iştirakı gözlənir.
Bu dəfə Forum aşağıdakı yöndə müzakirə aparacaq: «İKT inqilabı: böyük dəyişikliklərlə dolu dünyadayıq», «2013-cü il Azərbaycanda İKT ilidir: məqsədlər və imkanlar», «Avropa maliyyə böhranından necə çıxacaq? Avro böhranı Orta Şərq iqtisadiyyatına necə təsir edəcək? Mərkəzi Asiya ölkələri Avropa ilə əməkdaşlığa necə uyğunlaşacaq?», «Dünyanın aktual çağırışları: qlobal və enerji təhlükəsizliyi», «Enerji təchizatı yollarının təhlükəsizliyi», «Uğurlu ikitərəfli əməkdaşlıq nümunəsi: Rumıniya və Azərbaycan», «Dünyada sülhün bərpası», «Azərbaycan və onun beynəlxalq qovşaqları: beynəlxalq və regional nəqliyyat strategiyalarının həyata keçirilməsi», «Çoxtərəflilik dünya biznes idarəetməsinin və sülhün təşviqinin əsasıdır: daha demokratik sistem mümkündürmü?», «Dəniz səviyyəsinin qalxmasının dağıdıcı təsirləri və kiçik ada ölkələrinə iqlim dəyişikliklərinin təsiri: su səviyyəsinin qalxmasından və okeanların deqradasiyasının təsirindən əhalini necə müdafiə etmək olar?», «Təbii fəlakətlər zamanı risklərin idarə edilməsi imkanlarının möhkəmləndirilməsi: fövqəladə hallarla məşğul olan qurumların artan rolu».
"Krans Montana Forumun"da «Regional və beynəlxalq səviyyədə dənizə birbaşa çıxışı olmayan ölkələrlə tərəfdaşlıq strategiyaları» haqda «Limanlar Klubu»nun növbəti iclası da keçiriləcək.
İclasda dənizə birbaşa çıxışı olmayan ölkələrin dünya ticarətinə inteqrasiyası məsələləri müzakirə edilməlidir.
Forum çərçivəsində həmçinin “Gələcəyin yeni liderləri” mövzusunda xüsusi iclasın keçirilməsi də gözlənir
Qeyd edək ki, Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Crans Montana tərəfindən yaradılan bir beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib. Foruma rəsmi qeydiyyat 650 avrodur. Daimi qeydiyyat 2550, xüsusi imtiyazlı qeydiyyat isə 5250 avrodur.
22/04/13 Çap et