Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk “ağıllı” çəngəl təqdim olunub


"Kickstarter" saytında "ağıllı" "HAPIfork" çəngəli üçün vəsait toplanılmasına başlanılıb. "HAPILABS" startapının təsisçilərinin sözlərinə görə, müasir dünyada həyat tempi çox sürətlidir və buna görə insanların düzgün qidalanması üçün, demək olar ki, vaxt qalmır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "ağıllı" çəngəl qida qəbuluna nəzarət edir və həddindən çox qida qəbul etdikdə bu barədə xəbərdarlıq edir. "HAPIfork" çəngəli datçiklərlə təchiz edilib. Datçiklər çəngəlin sahibinin ağız boşluğuna hansı sürət və tezliklə aparılmasını müəyyənləşdirir.

"Ağıllı" çəngəl sizin normadan artıq qida qəbul etdiyinizi hiss edən kimi titrəməyə başlayır. Cihazdakı informasiyanı "iPhone" və "Android" smartfona ötürmək üçün onu mobil qurğu ilə "Bluetooth 4.0" ilə əlaqələndirmək lazımdır. Həmçinin USB kabel ilə fərdi kompüterə ötürmək olar. Çəkisi 65 qramdır. İlkin sifariş üçün qiyməti 90 dollardır.

Emil Hüseynov




22/04/13    Çap et