Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil tətbiq vasitəsilə süni əli idarə etmək olacaq


"Touch Bionics"in istehsalı olan "i-Limb" adlanan süni əl yalnız insan əzələlərinin siqnalları ilə deyil, həm də "iPhone" smartfonundan verilən əmrlərlə işləyir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçi mobil tətbiq vasitəsilə protezini 24 mövqedən birini qəbul etməyə "məcbur edə" bilər. Mobil tətbiqdən protezə siqnallar "Bluetooth" vasitəsilə ötürülür.

Emil Hüseynov




22/04/13    Çap et