Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da “online” oyunlara maraq azalıb
“NPD Group” şirkəti Amerikanın videooyun bazarı üzrə mart ayına olan yekunu təqdim edib. Qeyd edək ki, videooyun bazarında yenidən azalma qeydə alınıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ötən ay ABŞ-da oyun konsollarına təxminən 992.5 milyon dollar xərclənib ki, bu da 2012-ci illə müqayisədə 10% azdır.
Əlavələrə tələbat 33% azalaraq 221.6 milyon dollar olub. “X360” oyun konsolu 27 aydır ki, ən çox satılan konsol olaraq qalır. Mart ayında adıçəkilən qurğudan təxminən 261 min dəst satılıb.
Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl 371 min satılmışdı. Oyun konsolları üçün satılan oyunlardan 554.8 milyon dollar qazanılıb ki, bu da illik hesablama üzrə 1% azdır.
Emil Hüseynov
22/04/13 Çap et