Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirin qəbuluna elektron qaydada yazılmaq imkanı yaradılıb
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Xaçmaz şəhərində 2013-cü il, 25 aprel tarixində regionda (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları) yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı qəbulu həyata keçiriləcək.
“ICTnews” elektron xəbər xidmətinin Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə nazirliyin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Bununla yanaşı, qəbula gəlmək istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin “contact@justice.gov.az” elektron poçt ünvanı, 539-75-39 (2104), 055-925-37-41 nömrəli telefonları, habelə Xaçmaz regional ədliyyə şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a) vasitəsilə qəbula yazıla bilərlər.
CAHANGİR
23/04/13 Çap et