Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı təhsil müəssisələrinin təhsil, texnologiya və tərəqqi sərgisi” keçiriləcək


Aprelin 30-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Bakı təhsil müəssisələrinin təhsil, texnologiya və tərəqqi sərgisi" keçiriləcək.

BŞTİ-dən verilən məlumata görə, bir günlük sərgidə bu qurumun tabeliyində olan bütün təhsil müəssisələri iştirak edəcəklər.

Sərgidə son 7 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində məktəblərin əldə etdikləri nailiyyətlər təqdim ediləcək.




23/04/13    Çap et