Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar sürətlə ucuzlaşacaq


Smartfon istehsalçıları bir qayda olaraq, bazar qiymətindən asılı olaraq, aparatlarını ucuz, orta və bahalı qiymət kateqoriyasına bölürlər. “ABI Research” analitik şirkətinin proqnozuna əsasən, qarşıdakı illərdə ucuz smartfon seqmenti daha sürətlə inkişaf edəcək.

Ekspertlərin fikrincə, 2018-ci ilədək bazara təxminən 788 milyon ucuz smartfon tədarük olunacaq.

Müqayisə üçün, 2013-cü ildə bu göstərici 259 milyon olacaq. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bahalı smartfonlar daha üstün xüsusiyyətləri və keyfiyyətli rabitəni təmin edən yeni simsiz texnologiyaları dəstəkləsələr də, gələcəkdə alıcılar qurğunun texniki cəhətdən üstünlüyünə az önəm verəcəklər. “ABI Research”in baş analitiki Ceff Orr bu fikirləri bölüşüb.

Emil Hüseynov




23/04/13    Çap et