Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqram təminatı bazarında artım sürəti zəifləyib


“International Data Corporation” (IDC) analitiklərinin hesablamasına əsasən, 2012-ci ildə qlobal proqram təminatı bazarının həcmi 342 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 3.6% çoxdur. Artım sürəti 2010 və 2011-ci illərlə müqayisədə təxminən 2 dəfə azdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, proqram təminatı bazarında artım sürətinin zəifləməsində ən çox Qərbi Avropa günahkardır. Proqram satışının 26.5%-i onun payına düşür. Avropada proqram məhsullarından əldə olunan gəlir azalıb.

Amerikanın proqram bazarının həcmi illik hesablamada 6% artıb. Ən yüksək artım Səudiyyə Ərəbistanı, Peru, Kolumbiya, Çin və Türkiyə kimi ölkələrdə qeydə alınıb. “Microsoft” şirkəti əvvəlki kimi ən böyük proqram istehsalçısı olaraq qalır. 2012-ci ildə Amerika şirkəti proqram biznesindən 58.5 milyard dollar əldə edib ki, bu da ötən illə müqayisədə 1.3% çoxdur.

Emil Hüseynov




23/04/13    Çap et