Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mikroçip istehsalçısının mədaxili 25% artıb
Britaniyanın “ARM” şirkəti rüblük maliyyə göstəricilərini açıqlayıb. 2013-cü ilin birinci rübündə az enerji sərf edən mikroçiplər istehsalçısının mədaxili 263.9 milyon dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 26% çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, xalis mənfəət illik hesablama üzrə 44% artaraq 136.4 milyon dollar olub.
Britaniya şirkəti smartfon və planşet kompüterlərə tələbatın sabit artımı fonunda maliyyə göstəricilərini yaxşılaşdırır. Bu ilin birinci rübündə dünyada şirkətin həllərindən istifadə edən təxminən 2.6 milyard müxtəlif prosessor, mikrokontroller və çip tədarük olunub. Bu, illik hesablamada 35% çoxdur.
Emil Hüseynov
24/04/13 Çap et