Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti araşdırılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə regionlarında radiomonitorinq aparıb.
DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən razılaşdırılmış qrafikə uyğun olaraq TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində radiomonitorinq işləri aparılıb.
Radiomonitorinq müddətində adları yuxarıda qeyd olunan rayonlar üzrə ölkə ərazisində yayımlanan TV və FM proqramlarının və qonşu ölkələrdən qəbul edilən TV və FM kanallarının yayım vəziyyəti araşdırılmış, elektromaqnit sahə gərginliyi ölçülüb.
Aynur Vəliyeva
24/04/13 Çap et