Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sükan arxasında səs vasitəsilə “SMS” yığımı da təhlükəlidir


Amerikanın "Texas A&M University" universitetinin tədqiqatçıları sükan arxasında səsli idarəetmənin daha yüksək təhlükəsizlik səviyyəsi təmin etməsi ilə bağlı səslənən iddiaların doğruluğunu yoxlayıblar.

Araşdırmada 43 insan iştirak edib. Alimlər sürücülərin həm mobil cihazların klaviaturası, həm də səs əmrləri ilə SMS yazdıqları zaman onların reaksiyasını qiymətləndirib

. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, baxılan hər iki halda sürücülərin reaksiyası iki dəfə aşağı olub.

Emil Hüseynov




24/04/13    Çap et