Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

10 ildə ilk dəfə


“Apple” şirkəti məlumat verib ki, onun mənfəəti 10 il ərzində ilk dəfə azalıb. Xatırladaq ki, 2013 maliyyə ilinin ikinci rübündə şirkətin mənfəəti 18% azalaraq 9,5 milyard dollar olub.

Müqayisə üçün, ötən il bu göstərici 11.6 milyard dollar olub. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, maliyyə analitiklərinin fikrincə, “Apple”-ın göstəricilərinin azalması hər şeydən əvvəl Cənubi Koreyanın “Samsung” şirkətinin fəallığı ilə bağlıdır.

“Apple” 37.4 milyon “iPhone” smartfonu satıb. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 35.1 milyon olub. Həmçinin 19.5 milyon “iPad” qurğusu satılıb.

Bununla belə, ekspertlər korporasiyanın məhsullarına tələbatın azalacağını proqnozlaşdırırlar.

Emil Hüseynov




24/04/13    Çap et