Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda radiorabitə vasitələrinin qeydiyyatı elektronlaşdırılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus daha bir elektron xidmət vətəndaşların istifadəsinə təqdim olunub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Radiorabitə vasitələrinin qeydiyyatı üçün e-müraciətin və sənədlərin göndərilməsi" adlanan xidmət "Elektron hökumət" portalına inteqrasiya edilib.
Sözügedən elektron xidmət vasitəsilə vətəndaşlar RİTN-in Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan ərizə formasını doldurmaqla öz müraciətlərini göndərə bilərlər.
Xidmətdən istifadə üçün tələb olunan məlumatlara radioelektron vasitələrin (REV) siyahısı, tipi, markası, sayı, rəhbər şəxsin adı və soyadı, vəzifəsi, müraciət edən təşkilatın tam adı, elektron poçt ünvanı və s. daxildir.
Eyni zamanda müraciət edən şəxslər uyğunluq sertifikatı və xüsusi icazə ilə bağlı faylları da yükləməlidirlər.
CAHANGİR
24/04/13 Çap et