Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarının həcmi artıb
"TrendForce" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin birinci rübündə 216,4 milyon smartfon satılıb ki, bu da əvvəlki hesabat dövrünün göstəricisindən 9,4% çoxdur.
Ekspertlər qeyd edirlər ki, ənənəvi mövsümi amillərə baxmayaraq, son zamanlar smartfon bazarı rübdən-rübə müsbət dinamika göstərir.
"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, adıçəkilən şirkətin məlumatına əsasən, Cənubi Koreyanın "Samsung" şirkəti cari ilin üç ayı ərzində smartfon satışı üzrə lider olub.
Şirkət 65 milyon qurğu satıb. "Apple" ikinci yerdə qərarlaşıb. Şirkət 37.5 milyon məhsul satıb və bazar payı 17.3%-dir. Tayvanın "HTC" şirkəti (4.4%) üçüncü yerdə qərarlaşıb. Sonrakı yerlərdə "Nokia", "Huawei", "Lenova", "Sony", "ZTE" və "LG" şirkətləri qərarlaşıb.
Emil Hüseynov
24/04/13 Çap et