Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi
Səhiyyə Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Tibbi kadrların vahid registrindən məlumatların verilməsi" adlanan elektron xidmət tibbi kadrlar haqqında ətraflı məlumat almaq imkanını təqdim edir.
Belə ki, sözügedən xidmət vasitəsilə kadrın doğum tarixi, ailə vəziyyəti, telefonu, elektron poçt ünvanı, işlədiyi rayon, şəhər, müəssisə, işə qəbul olunma tarixi, işlədiyi ixtisas, vəzifəsi, ştat vahidi, hazırki ixtisas üzrə ştajı, elmi vəzifəsi, dərəcəsi, təhsili, keçdiyi kurslar, aldığı sertifikatlar və digər məlumatlarla tanış olmaq mümkündür.
Qeyd edək ki, axtarış tibbi kadrların şəxsiyyət vəsiqəsindəki Fərdi İdentifikasiya Nömrəsi (PİN) əsasında aparılır.
CAHANGİR
24/04/13 Çap et