Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci il üçün genişzolaqlı rabitə sahəsində qarşıya qoyulmuş məqsədlər


Beynəlxalq Telekommunikasiya İttifaqının Genişzolaqlı Rabitə üzrə Komissiyası dörd yeni məqsəd təyin edib:

1. Genişzolaqlı rabitə sahəsi üzrə aparılan siyasətə universal xarakter vermək. 2015-ci ilədək dünyanın bütün ölkələri genişzolaqlı rabitə sahəsində milli plan və ya milli siyasətə malik olmalıdırlar.

2. Genişzolaqlı rabitə xidmətləri üzrə qiymətləri münasib etmək. 2015-ci ilədək inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitə xidmətlərinin qiymətini müvafiq tənzimləmə və bazar qüvvələrinin köməkliyi ilə münasib etmək lazımdır.

3. Yaşayış evlərini genişzolaqlı rabitə xidmətlərinə qoşmaq. 2015-ci ilədək inkişaf etməkdə olan ölkələrdə yerləşən evlərin 40%-nin internetə çıxış imkanı olmalıdır.

4. İnsanları internetə qoşulma ilə təmin etmək. 2015-ci ilədək internet istifadəçilərinin nüfuzetmə səviyyəsi qlobal miqyasda 60%, inkişaf etməkdə olan ölkələrdə isə 50% təşkil etməlidir.

Emil Hüseynov




24/04/13    Çap et