Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyada beynəlxalq “Lulz Security” qrupunun lideri həbs olunub


Avstraliya Federal Polisi (AFP) beynəlxalq “Lulz Security” qrupunun liderini həbs edib. Bu barədə AFP-nin kibercinayətkarlıqla mübarizə üzrə bölməsinin direktoru Qlen Makyuen məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, o, həbs edilmiş şəxsin adını açıqlamaqdan imtina edib, lakin dəqiqləşdirib ki, həmin şəxs 24 yaşındadır və Qosford şəhərində yaşayıb. Cinayətkar beynəlxalq kompüter şirkətinin Avstraliya filialında yüksək vəzifədə işləyib.

Polis dəqiqləşdirib ki, bu şəxs haker dairəsində “Aush0k” ləqəbi ilə tanınır. “Həbs edilmiş şəxs martda Avstraliyanın hökumət idarələrindən birinə haker hücumu həyata keçirməyə çalışıb, - Makyuen deyib. O peşəkardır və hökumət strukturlarındakı müştərilərin məlumatlarına giriş əldə etmək üçün firmanın informasiyasından istifadə edib”.

Xatırladaq ki, “Lulz Security” qrupu ABŞ Mərkəzi Kəşfiyyat idarəsi, Yaponiyanın “Sony” korporasiyasının serverlərinə, “Sun” qəzetinin bazasına hücum həyata keçirib. Həbs edilmiş hakeri 12 il müddətində həbs cəzası gözləyir.

Emil Hüseynov




24/04/13    Çap et