Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətli daşlar üçün lisenziya elektron qaydada verilir
Maliyyə Nazirliyində (MN) «Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu» elektron xidməti yaradılıb və artıq bu sahədəki lisenziya onun vasitəsilə verilir.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə MN-dən məlumat verilib. Nazirlikdən bildirilib ki, sözügedən e-xidmət Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir və 2012-ci ildə sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib.
SEYMUR
24/04/13 Çap et