Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi hakerlərlə bağlı xəbərdarlıq etdi
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi erməni təxribatı ilə bağlı cəmiyyətə xəbərdarlıq edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, mərkəzin saytında yerləşdirilən xəbərdarlıqda erməni hakerlərinin aktivliyinin artdığı bildirilir. Buna səbəb kimi isə qondarma soyqırım göstərilib.
Xəbərdarlıqda deyilir: «Bu gün qondarma erməni soyqırımı ilə əlaqədar Azərbaycan və Türkiyə internet məkanında erməni hakerlərin aktivliyi artıb. Bununla əlaqədar "Az-net"in bütün adminlərindən diqqətli olmaları tələb olunur!»
SEYMUR
24/04/13 Çap et