Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əsasında biləkdə daşına bilən mini-kompyuter (VIDEO)


“WIMM” startapı “Android” əməliyyat sistemi ilə işləyən kompyuter qurğusunun biləkdə daşınan konsepsiyasını təklif edib. “WIMM” ideyası smartfonun elektronikasını qol saatı ölçüsündə cihaza yerləşdirməkdən ibarətdir . Təqdim edilmiş konsept 1,4 düym diaqonallı sensor ekranla və 667 MHz tezlikli prosessor ilə təchiz olunub. Daxili yaddaş tutumu 32 QB-a qədər olan qurğunun “Bluetooth” və “Wi-Fi” simsiz əlaqə modullarının, həmçinin GPS qəbuledicisi ilə təmin olunacağı bildirilir. “WIMM” şirkəti biləkdə daşınan mini-kompyuterləri müstəqil olaraq istehsal etmək və satmağı planlaşdırmır. Bunun əvəzinə o, öz məhsulunu üçüncü tərəflərə lisenziyalaşdırmaq üçün icazə verməyi nəzərdə tutub. “WIMM” modul əsasında olan məhsulların dəyəri 200-500 dollar təşkil edəcək.


hard.compulenta.ru







03/08/11    Çap et