“Facebook”dan rəqəmsal kitablar
“Facebook” sosial şəbəkəsi “Push Pop Press” startapını əldə etməyi ilə bağlı məlumat verib. Sazişin maliyyə şərtləri açıqlanmır. “Push Pop Press” xidməti ədəbiyyat müəllifləri və naşirlərinə kitabları “iPad” və “iPhone” üçün əlverişli formatlara konvert etməyə icazə verir. Startap “Apple” şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb. “Facebook”un “Push Pop Press” texnologiyasını necə tətbiq etməyi planlaşdırdığı hələlik məlum deyil. Lakin şirkət nümayəndələri qeyd ediblər ki, startapın bəzi işləmələrini sosial şəbəkə platformasına birləşdirmək planlaşdırılır.
internet.cnews.ru