Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron bankçılıq xidmətlərində lider bank” müəyyən ediləcək


Mərkəzi Bank bankların cari il ərzində nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədən irəli gələrək fərqlənmiş bankların mükafatlandırılması üçün nağdsız ödənişlər sahəsində nominasiyalar elan edir.

Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən «ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, keçiriləcək kampaniya çərçivəsində Münsiflər Heyəti tərəfindən “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə müəyyən edilmiş şərtlər daxilində qalib banklar seçilərək mükafatlandırılacaqdır.

Təqdim olunan nominasiyalar üzrə qalib bank ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin və cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (İnternet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayına uyğun olaraq müəyyən ediləcəkdir. Kampaniyanın keçirilməsi şərtləri və nominasiyalar haqqında ətraflı məlumat Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.

SEYMUR




25/04/13    Çap et