Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MobiTel”dən istənilən telefonu internet vasitəsilə sifariş etmək olar


“Nokia”nın Azərbaycandakı rəsmi distribüteri “MobiTel” şirkəti alıcıların rahatlığını düşünərək yeni xidmət təklif edir. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, artıq müştərilər internet vasitəsilə istənilən telefonu və aksesuarı (aksesuar yalnız telefona əlavə olaraq satılır) sifariş edə bilərlər.

Bunun üçün “Mobitel.az” saytının “Model sırası”nda istənilən modeli seçib, “Sifariş et” düyməsini işə salaraq, müvafiq xanaları doldurmaq lazımdır.

Şirkətin nümayəndəsi müştəri ilə telefon vasitəsilə əlaqə yaradaraq sifarişi təsdiqlədikdən sonra telefon ünvana çatdırılır.

Qeyd edək ki, ödəniş yerində və nağd həyata keçirilir.

CAHANGİR




25/04/13    Çap et