Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ilədək “ağıllı” eynəklərin tədarük həcmi 9.4 milyon olacaq
"Google Glass" adlanan "ağıllı" eynəklərin istehlak versiyasının çıxışına hələ təxminən 1 il qalmasına baxmayaraq, "IHS iSuppli" şirkətinin analitikləri sözügedən bazarla bağlı proqnoz veriblər.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, proqnoza görə, 2016-cı ilədək bazara 9.4 milyon "ağıllı" eynək tədarük ediləcək.
Hətta bu seqmentdə satışların həcminin əsasən "Google Glass"ın uğurundan (və ya uğursuzluğundan) asılı olmasını nəzərə alsaq belə istehlakçılar istənilən halda bu cür qurğulara maraq göstərəcəklər.
Emil Hüseynov
25/04/13 Çap et