Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” İstanbulda ofis açır


“ICANN” internet korporasiyası ötən gün İstanbulda ofis açıb. Xatırladaq ki, adıçəkilən korporasiya internetdə domen adlarının tənzimlənməsini həyata keçirən təşkilatdır. Bundan əvvəl “ICAAN” bəyan etmişdi ki, müxtəlif saat qurşaqlarında işləmək və qlobal miqyasda iştirakı təmin etmək üçün o, İstanbul və Sinqapurda öz regional nümayəndəliyini açmaq niyyətindədir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən təşkilatdan verilmiş məlumata əsasən, hər üç qlobal ofis eyni standartlar üzrə idarə ediləcək və vahid texnoloji imkanlara malik olacaq. “Nə üçün İstanbul?” sualına təşkilatın nümayəndələri bildiriblər ki, adıçəkilən şəhər Avropa, Yaxın Şərq və Afrikanın kəsişmə nöqtəsində yerləşir.

Bundan başqa, İstanbul şəhərində “ICANN” təşkilatının işini dəstəkləməyə hazır olan xeyli sayda gənc mütəxəssislər yaşayır. “ICANN” internet korporasiyasının İstanbul ofisinin iyunun 1-dən öz işinə başlayacağı gözlənilir. Ofisə korporasiyanın hazırkı vitse-prezidenti Devid Oliv rəhbərlik edəcək.

Emil Hüseynov




26/04/13    Çap et