Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!”-nun direktoru istefa verib
"Yahoo!" şirkətinin Direktorlar şurasının sədri Fred Amorozo ötən gün istefa verib. Onun vəzifələrinin icrası müvəqqəti olaraq “Ebay” elektron hərracının top meneceri olmuş Meynard Uebbə tapşırılıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni direktorun seçilməsi üçün səhmdarların yığıncağı iyunun 25-nə planlaşdırılıb. Fred Amoroza qeyd edib ki, tutduğu vəzifədə 1 ildən artıq qalmaq niyyətində olmayıb.
Onun sözlərinə görə, o, “Yahoo!”-nun son uğurlarından qürur duyur. Amorozanın gediş xəbəri şirkətin səhmlərinin 8% azalmasına səbəb olub.
Emil Hüseynov
26/04/13 Çap et