Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir çox dövlətlər “Google”-dan məlumatlarını sildirir
2012-ci ilin ikinci yarısında "Google" korporasiyasının serverlərindən müxtəlif informasiyanın silinməsi tələbi ilə xarici dövlətlər tərəfindən təqdim edilmiş sorğuların sayı 26% artıb. Ötən gün internet nəhənginin dərc etdiyi statistika buna sübutdur.
"Biz göstərilən müddət ərzində müxtəlif ölkələr tərəfindən verilmiş 2285 sorğu araşdırmışıq" – Hüquq departamentinin direktoru Syuzan İnfantino deyib. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, onun sözlərinə görə, Rusiya, Braziliya və Hindistan hökumətləri tərəfindən təqdim edilmiş şikayətlərin sayı artıb.
Bu da qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlıdır.
Emil Hüseynov
26/04/13 Çap et