Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək


Cisco şirkəti Cisco Visual Networking Forecast 2011-2015 şəbəkə inkişafı indeksinin yeni variantını dərc edib. Hesabatda 2015-ci ilə qədər internetə qoşulmuş elektron qurğuların sayının 15 milyardı ötəcəyi bildirilir. Yəni planetin hər bir sakininə təxminən 2,5 şəbəkə qurğusu düşəcək. Şirkət proqnozlarına görə, 2015-ci ildə internet-trafikin illik həcmi 966 ekzabaytı ötəcək. Hesabatda deyilib ki, yalnız 2014-dən 2015-ci ilə qədər internet-trafikin həcmi 200ekzabayt artacaq, bu da 2010-cu il ərzində internetdə verilmiş trafikin həcmindən çoxdur.
Cisco-da güman edirlər ki, internetə qoşulmuş qurğuların güclü artımı təxminən 2012-ci ilin sonundan, M2M (Mashine-to-Mashine) kommunikasiyaları texnologiyaları fəal inkişaf etməyə başlayandan sonra müşahidə olunacaq. Eyni zamanda, Cisco-nun proqnozlarına əsasən, 2015-ci ilə internet-istifadəçilərin sayı bütün dünyada 3 milyard insanı və ya planet əhalisinin 40%-ni təşkil edəcək.
4,5 il ərzində dünyada genişzolaqlı qoşulmanın orta sürəti isə 4 dəfə artacaq: 7MB/san-dən 28 MB/san-dək. Şirkətin hesablamalarına görə, son 2 il ərzində genişzolaqlı şəbəkənin sürəti 2 dəfə artıb.




02/06/11    Çap et