Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi


Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) aid bəndlərinin icrasını təmin etmək üçün daxil olan təkliflər əsasında RİTN üzrə Tədbirlər Planı hazırlanıb.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə hazırlanan Tədbirlər Planı təsdiq edilib.

Əmrə əsasən, nazirliyin şöbələrinə, birlik və müəssisələrinə, Tədbirlər Planında nəzərdə tutulmuş bəndlərin vaxtında icrasının təmin olunması tapşırılıb.




26/04/13    Çap et