Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq Anti-Fişinq Araşdırma Mərkəzinə üzv seçilib
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (KİMM) beynəlxalq təşkilatın üzvü seçilib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, KİMM fişinqlərlə mübarizə mərkəzi olan Anti-Fişinq Araşdırma Mərkəzinin (APWG) Tədqiqat Qrupunun üzvü seçilib.
Qeyd edək ki, mərkəzin fəaliyyəti Azərbaycan dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirməkdən və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərməkdən ibarətdir.
Aynur Vəliyeva
27/04/13 Çap et