Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” yeni smartfonlarının çıxarılma tarixini elan edib


Finlandiyanın "Nokia" şirkəti "Windows Phone" mobil əməliyyat sistemi əsasında işləyən smartfonlarını mayın 14-də Londonda keçiriləcək tədbirdə nümayiş etdirəcək.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, şirkət jurnalistləri tədbirə "Lumia"nın tarixi davam edir" çağırışı ilə dəvət edib. Xatırladaq ki, sözügedən şirkət "Lumia 920" smartfonunu ötən ilin sentyabrında təqdim edib.

O vaxtdan etibarən şirkət "Lumia" seriyasından yalnız ucuz məhsullar istehsal edib. Məsələn, şirkət 2013-cü ilin fevralında keçirilmiş "MWC" sərgisində büdcəyə uyğun "720" və "520" modellərini təqdim edib. Bəzi məlumatlara görə, "Nokia" şirkəti "Lumia 928" və "Lumia EOS" smartfonlarını təqdim etməyi planlaşdırır.

Emil Hüseynov




27/04/13    Çap et