Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda xüsusi “Wi-Fi” zonaların yaradılması nəzərdə tutulur


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhsil ocaqlarında xüsusi "Wi-Fi" zonaların yaradılmasını planlaşdırıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, Azərbaycanda ötən il "Eurovision" müsabiqəsinə hazırlıq çərçivəsində "Wi-Fi" zonalar, demək olar, bütün otellərdə, restoranlarda və kafelərdə yaradılıb.

"Bu il "Wi-Fi" texnologiyasının əhatə dairəsi daha da genişləndiriləcək. Artıq biz bu xidmətin nəqliyyatda, metroda və avtobuslarda təqdim edilməsi üçün müvafiq qurumlarla işlər aparırıq. Növbəti mərhələdə tələbələrin sıx olduğu yerlərdə, o cümlədən tələbə yataqxanalarında "Wi-Fi" texnologiyasının tətbiqi nəzərdə tutulur.

Bununla bağlı layihə var. Bu şəbəkələr insanların düzgün mənbələrdən, elmi saytlardan doğru məlumat ala bilməsi üçün yaradılır"- nazir müavini bildirib.

Aynur Vəliyeva




27/04/13    Çap et