Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kasperski: Kibercinayətkarlığın "qızıl əsri" sona yaxınlaşır


Antivirus şirkətinin direktoru dövlətlərin şəbəkədə baş verən cinayətlərlə daha yaxından maraqlandığını qeyd edib.

"Kasperski Laboratoriyası" antivirus şirkətinin direktoru Yevgeni Kasperski London jurnalistlərinə deyib ki, müasir kibercinayətkarlığın "qızıl əsr"i tezliklə sona çatacaq.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspertin fikrincə, əksər dövlətlər getdikcə şəbəkədə baş vermiş cinayətlərə daha çox maraq göstərir. "Ukrayna və Rumıniya polisi hakerləri fəal şəkildə həbs edir" - Kasperski deyib.

Onun sözlərinə görə, 2012-ci ilədək dünyada 5 il ərzində orta hesabla 5 iri kiberhücum həyata keçirilib. 2012-ci ilin ikinci yarısından bu günə kimi isə artıq bu tip 3 hücum qeydə alınıb.

Emil Hüseynov




27/04/13    Çap et