Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonların "günəş" enerjisi ilə qidalanması erası başlayır
Analitiklər günəş enerjisi vasitəsilə smartfonları enerji ilə dolduran aksesuar bazarının inkişafını proqnozlaşdırır. Elektrik şəbəkəsindən istifadə mümkünsüz olan yerdə akkumulyatoru enerji ilə doldurmağa imkan verən yığcam qurğular yüksək qiymət, əlverişsiz form-faktor və funksionallığının məhdudluğuna görə kütləvi bazarda uğur qazana bilmirdi.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, lakin hazırda sözügedən cihazlara tələbat artır. Məsələn, yığcam akkumulyatorlar istehsal edən "Goal Zero" şirkəti 2013-cü ilin yekununa görə mənfəətinin iki dəfə artacağına ümid edir.
Emil Hüseynov
27/04/13 Çap et